• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Elşad Abbasov bu BOKT-un rəhbəri imiş - Gəlirlərinin 86 faizi...

İQTİSADİYYAT

21 Avqust 2026 | 11:49

Elşad Abbasov bu BOKT-un rəhbəri imiş - Gəlirlərinin 86 faizi...

BOKT “Embafinans” QSC 2026-cı ilin ilk 6 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin 30 iyun 2026-cı il tarixinə aktivlərinin ümumi həcmi 100,87 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövrünün sonunda “Embafinans”ın müştərilərə verdiyi kreditlərin ümumi məbləği 82,55 milyon manat, kreditlər üzrə yaradılmış xüsusi ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfeli isə 77,89 milyon manat olub.

Şirkətin ilk yarımildə faiz gəlirləri 13,69 milyon manat, faiz xərcləri isə 3,34 milyon manat təşkil edib. Beləliklə, xalis faiz gəliri 10,34 milyon manat olub.

Qeyri-faiz gəlirləri 8,01 milyon manat, qeyri-faiz xərcləri isə 7,66 milyon manat təşkil edib. Əməliyyat mənfəəti 10,69 milyon manat olub.

Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 2,34 milyon manat ehtiyat ayrıldıqdan sonra vergidən əvvəlki mənfəət 8,36 milyon manat təşkil edib. Şirkət bu dövrdə 1,67 milyon manat mənfəət vergisi ödəyib.

Nəticədə “Embafinans” 2026-cı ilin ilk 6 ayını 6,68 milyon manat xalis mənfəətlə başa vurub.

Hesabata əsasən, şirkətin öhdəlikləri 66,72 milyon manat, nizamnamə kapitalı 10 milyon manat, bölüşdürülməmiş xalis mənfəəti isə 24,16 milyon manat olub. Ümumi kapital 34,16 milyon manata çatıb.

Şirkətin işçi sayı da artıb. 2025-ci ilin iyununda 147 nəfər olan əməkdaşların sayı 30 iyun 2026-cı il tarixinə 181 nəfərə yüksəlib.

Eyni zamanda, səhmdarların 26 yanvar 2026-cı il tarixli qərarı ilə təsisçilərə 3 milyon manat dividend ödənilməsi barədə qərar qəbul edilib.

Elşad Abbasovun “Embafinans”da payı necə artıb?

Hazırda “Embafinans”ın səhmlərinin 86 faizi Elşad Abbasov İnşalla oğluna, 14 faizi isə Tamara Polyakovaya məxsusdur. Bu məlumat şirkətin hesabatında da əksini tapıb.

Abbasovun “Embafinans”dakı payı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə şirkətin səhmdarları arasında Elşad Abbasov 51 faiz, Məşhur Məmmədov isə 35 faiz paya sahib idi. 2023-cü ildə Məşhur Məmmədovun 35 faizlik payını Elşad Abbasov alıb və bununla da Abbasovun payı 86 faizə yüksəlib.

Elşad Abbasov eyni zamanda Azərbaycanda mebel istehsalı və pərakəndə satışı ilə tanınan “Embawood” Şirkətinin Müşahidə Şurasının sədridir. Açıq mənbələrə görə, o, sahibkarlıq fəaliyyətinə 1991-ci ildə Rusiyada başlayıb, daha sonra Azərbaycana qayıdaraq mebel istehsalı biznesinə keçib. “Embawood”un sonrakı illərdə Azərbaycanla yanaşı, Ukrayna, Gürcüstan və Türkiyədə də istehsal imkanları yaradıb və müxtəlif ölkələrdə mağaza şəbəkəsi formalaşdırıb.

Əli Ağa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026