İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi xarici qüvvələrə hər hansı bir səhv və ya yanlış hesablamanın "görülməmiş fəsadları" olacağı barədə xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
"İran hər bir addımı yaxından izləyir və xəbərdarlıq edir ki, istənilən yanlış hesablamanın ağır nəticələri olacaq", – deyə Əzizi qeyd edib.
O, xarici dövlətləri regiondakı varlıqlarına dərhal son qoymağa və İran tərəfindən formalaşdırılan "yeni regional nizamı" qəbul etməyə çağırıb.
"Çox gec olmadan regionu dərhal tərk edin", – deyə deputat vurğulayıb.
Bakı 



