• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

İtkin-şəhidi Sərdar İsmayılov dəfn olundu - FOTO

CƏMİYYƏT

21 Avqust 2026 | 12:14

İtkin-şəhidi Sərdar İsmayılov dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi İsmayılov Sərdar Cəfər oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhid hərbçi ilə Neftçala rayonunun Astanlı kəndində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

    Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Cənazə namazı qılınıb.

    Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Astanlı kənd qəbiristanlığında - Şəhidlər cərgəsində torpağa tapşırılıb.

    Qeyd edək ki, Sərdar İsmayılov 27 avqust 1971-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 25 oktyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda döyüşlərdə itkin düşüb./apa


    İtkin-şəhidi Sərdar İsmayılov dəfn olundu - FOTOİtkin-şəhidi Sərdar İsmayılov dəfn olundu - FOTOİtkin-şəhidi Sərdar İsmayılov dəfn olundu - FOTOİtkin-şəhidi Sərdar İsmayılov dəfn olundu - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Avqust 2026