Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Qurbanov Akif Cəbrayıl oğlu dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər Xiyababnında dəfn edilib.
Qeyd edək ki, Akif qurbanov 1975-ci ilin oktyabrın 29-da Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. 1994-cü ilin 26 aprelində Ağdam rayonu, Şotlanlı kəndində düşüb.




