ABŞ-ın Pensilvaniya Ştat Atletika Komissiyası UFC yarımorta çəki çempionu İslam Maxaçevi (Rusiya) qabırğa zədəsi səbəbindən 30 günlük döyüşlərdən kənarlaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MMA Junkie məlumat yayıb.
Qeyd edək ki, Maxaçev ABŞ-ın Filadelfiya şəhərində keçirilən “UFC 330” turnirində irlandiyalı Yan Qerri ilə döyüş zamanı zədə alıb. Maxaçev yekdil qərarla qalib gəlib və titulunu qoruyub.
Xatırladaq ki, Maxaçevin MMA-da 29 qələbə və 1 məğlubiyyət rekordu var. O, çəki dərəcəsindən asılı olmayaraq UFC reytinqinə başçılıq edir.




