• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Türkiyəni yandıran isti dalğası Azərbaycana çatır?

CƏMİYYƏT

21 Avqust 2026 | 12:32

Türkiyəni yandıran isti dalğası Azərbaycana çatır?

Türkiyədə müşahidə olunan anomal isti hava dalğası Azərbaycanda da analoji hava şəraitinin gözlənilib-gözlənilmədiyi sualını gündəmə gətirib.

Türkiyə Meteorologiya Ümumi Müdirliyinin son hesabatına əsasən, ölkənin xüsusilə Ege, Aralıq dənizi və Cənub-Şərqi Anadolu bölgələrində havanın temperaturu mövsüm normasından 2-4 dərəcə yüksək olacaq. Bəzi ərazilərdə temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.

Qonşu ölkədə müşahidə olunan bu anomal istilər fondunda analoji hava şəraitinin Azərbaycana da təsir edib-etməyəcəyi sualı gündəmə gəlir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki,  Azərbaycanda isə yaxın günlərdə hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Avqustun 22-25-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 40-41 dərəcəyədək yüksələcək.

Beləliklə, qarşıdakı günlərdə Azərbaycanda da yüksək temperaturun müşahidə olunacağı gözlənilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026