• Bakı 30° C

    10.51 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

İmran Xan xəstəxanaya köçürüldü

DÜNYA

21 Avqust 2026 | 10:29

İmran Xan xəstəxanaya köçürüldü

Pakistanın sabiq baş naziri İmran Xan cəzaçəkmə müəssisəsindən "Shifa International" xəstəxanasına köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Geo" telekanalı xəbər yayıb.

Bir müddət əvvəl Pakistanın Ali Məhkəməsi səlahiyyətli orqanlara Xanın səhhətinin yoxlanılması məqsədilə tibb müəssisəsinə köçürülməsi barədə göstəriş vermişdi.

Sabiq baş nazirin xəstəxanaya yerləşdirilməsi ərəfəsində tibb müəssisəsində ciddi təhlükəsizlik tədbirləri görülüb, xəstəxana ərazisinə çox sayda polis qüvvələri cəlb edilib.

Fevral ayında Pakistanın keçmiş baş nazirinin hüquq müdafiəçiləri onun səhhətinə görə həbsdən azad edilməsi üçün vəsatət qaldırmışdılar.

Qeyd edək ki, 2025-ci ilin yanvarında keçmiş hökumət başçısı korrupsiya ilə bağlı cinayət işinə görə 14, həyat yoldaşı isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2018-ci ildən hökumətə rəhbərlik edən İmran Xan 2022-ci ilin aprelində etimadsızlıq səsverməsindən sonra parlament tərəfindən vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən bəri məhkəmə onu korrupsiya ittihamlarının müxtəlif bəndləri üzrə dəfələrlə təqsirkar bilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026