• Bakı 30° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Paşinyan Rusiyadakı səfiri GERİ ÇAĞIRACAQ 

DÜNYA

21 Avqust 2026 | 09:49

Paşinyan Rusiyadakı səfiri GERİ ÇAĞIRACAQ

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyadakı səfir Qurgen Arsenyanın fəaliyyətindən narazı olduğu və onu geri çağırmaq niyyətində olduğu iddia edilir.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyanın bu barədə qərarı qətidir. Bildirilir ki, qərar Ermənistan-Rusiya münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda qəbul edilib. 

Nəşrin məlumatına görə, hazırda Arsenyanın Rusiyadakı səfir vəzifəsində kimin əvəzləyəcəyi məlum deyil və konkret namizəd yoxdur.

Məsələ ilə bağlı Ermənistanın rəsmi qurumları hələlik hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Qurgen Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl o, hakim “Mülki Müqavilə” partiyasından Ermənistan parlamentinin deputatı olub. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Arsenyan 5 noyabr 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putinə etimadnaməsini təqdim edib. Hazırkı məlumatlar səfirin geri çağırılması ilə bağlı iddianın hələlik rəsmi təsdiqlənmədiyini göstərir.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026