• Bakı 26° C

    10.81 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

ABŞ “Hizbullah”a görə 10 şəxsə sanksiya tətbiq edib

DÜNYA

20 Avqust 2026 | 22:57

ABŞ “Hizbullah”a görə 10 şəxsə sanksiya tətbiq edib

ABŞ “Hizbullah”ı maliyyələşdirdiyinə görə 10 şəxsə sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Sənəddə “Hizbullah”a vəsait köçürməkdən məsul olan şəbəkənin bir hissəsi olan 10 şəxsi sanksiya siyahılarına əlavə edildiyi bildirilir.

Məlumata görə, bu şəbəkə yüz milyonlarla dollar köçürmək üçün Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya uçuşları həyata keçirən kuryerlərdən istifadə edir. Bu isə “Hizbullah”a valyuta əldə etməyə və sanksiyalardan yayınmağa imkan verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR