• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Vahid Ələkbərovun zavodu VURULDU

SİYASƏT

21 Avqust 2026 | 10:58

Vahid Ələkbərovun zavodu VURULDU

Bu gün səhər saatlarında Rusiyanın Perm şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Ukrayna ordusunun "LUKOIL-Permnefteorqsintez" neft emalı zavoduna zərbələr endirdiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, yerli media və "Telegram" kanallarında şəhərdə həyəcan siqnallarının və partlayış səslərinin eşidilməsi ilə bağlı videolar yayılıb.

Regionun Ərazi Təhlükəsizliyi Nazirliyi bölgədə dron hücumunun dəf edildiyini bəyan edib. Bununla yanaşı, saat 06:00-da "Rosaviasiya" Perm hava limanında uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Qeyd edək ki, "LUKOIL-Permnefteorqsintez" Rusiyanın əsas neft emalı zavodlarından biridir. İldə 13 milyon tondan çox neft emal edən zavod yüksəkkeyfiyyətli benzin, dizel yanacağı, aviasiya kerosini və sürtkü yağları kimi geniş çeşiddə məhsullar istehsal edir. Regionun mühüm sənaye obyekti və ölkənin ən qabaqcıl texnologiyalarla təchiz edilmiş müəssisələrindən biri olaraq həm daxili bazarı yanacaqla təmin edir, həm də ixracı həyata keçirir.

"LUKOIL-Permnefteorqsintez" zavodu bundan əvvəl də dəfələrlə PUA hücumlarına hədəf olub. Belə ki, mayın 7-dəki hücumdan sonra müəssisədə olan 10 yanacaq çənindən 6-sı tamamilə yanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026