• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

TƏBİB-dən uşaq xəstəxanadakı görüntülərlə bağlı AÇIQLAMA - FOTO 

CƏMİYYƏT

21 Avqust 2026 | 11:52

TƏBİB-dən uşaq xəstəxanadakı görüntülərlə bağlı AÇIQLAMA - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gündən bəri sosial şəbəkədə gündəm yaradan uşaq xəstəxanasındakı fotolarla bağlı açıqlama verib.

Bakıavxtı.az "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.

"Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir", - açıqlamada deyilir.

Xatırladaq ki, ötən gün jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər paylaşmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026