• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edildi

SİYASƏT

21 Avqust 2026 | 11:30

Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edildi

 

Ermənistan Azərbaycanda həbsdə olan ermənilərə konsulluq səfəri üçün üçüncü ölkəyə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda həbsdə olan ermənilərə konsulluq səfərinin təşkil edilməsi üçün üçüncü bir ölkədən vasitəçilik etməsini istəyib.

Nazirlik söhbətin hansı ölkədən getdiyini açıqlamayıb.

Ermənistan XİN-in məlumatına görə, hökumət sülhün bərqərar olması və möhkəmləndirilməsi öhdəliyi, həmçinin davam edən dialoq və etimad quruculuğu tədbirləri çərçivəsində bütün humanitar məsələlərə böyük əhəmiyyət verir.

Qeyd edək ki, Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend iyulun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıb. O, beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək niyyətində olduğunu bildirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026