• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Şimali Koreyadan Trampa soyuq mesaj: “Tələsməyin..."

DÜNYA

21 Avqust 2026 | 13:20

Şimali Koreyadan Trampa soyuq mesaj: “Tələsməyin..."

ABŞ Prezidenti Donald Tramp bu ilin sonunda Şimali Koreya lideri Kim Çen Inla görüşmək istədiyini bildirib. Lakin onun təklifi Pxenyanda soyuq qarşılanıb və ehtimal olunur ki, Şimali Koreya belə bir görüşün keçirilməsi üçün sərt şərtlər irəli sürəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu həftənin əvvəlində Donald Tramp ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərinin miqyasını kəskin şəkildə azaldıb və bu təlimlərin Şimali Koreyaya qarşı “düşmənçilik xarakteri daşıdığını” bildirib. “Reuters” agentliyinin yazdığına görə, çərşənbə günü o deyib ki, bu ilin sonunda Kim Çen Inla görüşməyi planlaşdırır.

Mənbənin bildirdiyinə görə, Cənubi Koreya Trampın strategiyasına qeyri-rəsmi şəkildə müsbət yanaşdığını bildirsə də, Seuldakı rəsmi şəxslər ABŞ ilə birgə hərbi təlimlərin azaldılmasının məqsədəuyğunluğuna hələ də şübhə ilə yanaşırlar.

Mənbənin bildirdiyinə görə, Donald Tramp bu ilin sonunda Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində iştirak edə bilər. Şimali Koreya dialoqa hazır olacağı təqdirdə, bu səfər regionda görüşün keçirilməsi üçün əlverişli şərait yaradacaq.

“Şəxsi əlaqələr heç bir halda milli təhlükəsizlik maraqlarını və ya hərbi potensialın gücləndirilməsinə yönəlmiş səyləri təhlükə altına atmamalıdır”, - deyə Kyonnam Universitetinin Uzaq Şərq Araşdırmaları İnstitutunun professoru Lim Il-Çxol qeyd edib: “Başqa sözlə, Pxenyan bildirir ki, şəxsi diplomatiyanın müəyyən sərhədləri var və o, strateji prioritetlərdən üstün tutulmayacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026