Rusiyanın Saxalin vilayətində An-3 tipli təyyarə sərt eniş etdikdən sonra yanıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə mətbuat xidmətinin məlumatına görə, təyyarə Saxalin adasında yerləşən tarlalardan birinə sərt eniş edib və daha sonra alovlanıb.
İlkin məlumata əsasən, hadisəyə təyyarənin mühərrikində yaranan nasazlıq səbəb olub.
Regional Meşəçilik və Ovçuluq Agentliyi “Max” platformasında bildirib ki, planlaşdırılan təlim uçuşu zamanı An-3 təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən məcburi sərt eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nasazlığın səbəbləri araşdırılır.
Təyyarədə ümumilikdə 8 nəfər olub. Onlardan 2-si çarter təyyarəsinin təchizatçısı olan “Dobrolet” aviaşirkətinin ekipaj üzvü, biri müşahidəçi pilot, 5-i isə Saxalin Hava Bazasının paraşütçüsü olub.
Səkkiz nəfərin hamısı təyyarədən təxliyə olunub.
Günəş Mərd




