• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

"Uşağı virtual oyunla tək buraxmayın" – Xəbərdarlıq

CƏMİYYƏT

22 Iyul 2026 | 15:26

Uşağı virtual oyunla tək buraxmayın – Xəbərdarlıq

"Virtual oyunlar müasir uşaqların həyatının bir hissəsinə çevrilib. Bu oyunların təsiri onların məzmunundan və valideyn nəzarətindən asılıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, virtual oyunlar uşaqların psixoloji inkişafına və real həyata uyğunlaşmasına həm müsbət, həm də mənfi təsir göstərə bilər.

“Valideynlər uşaqları bu oyunlarla tək buraxmamalıdırlar. Uşaqlar ilk dəfə oynadıqları oyunlar haqqında adətən valideynləri ilə bölüşürlər. Bu zaman onları dinləmək və oyunun uşaqda hansı emosiyalar yaratdığını anlamaq vacibdir”, – deyə psixoloq bildirib.

Elnarə Baxışlı qeyd edib ki, bir sıra virtual oyunlar məntiqi düşüncə, idrak və problem həll etmə bacarıqlarının inkişafına müsbət təsir göstərir.

Psixoloq deyib ki, bu gün uşaqlar dostları ilə virtual mühitdə görüşür, ünsiyyət qurur və birlikdə oyun oynayırlar:

"Buna görə də virtual oyunlar artıq onların gündəlik həyatının bir hissəsidir. Lakin valideynlər uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı oyunlara maraq göstərdiyini və həmin oyunların məzmununu nəzarətdə saxlamalıdırlar”.

Psixoloqun sözlərinə görə, virtual oyunlarda uşaqlar özlərini daha güclü və uğurlu hiss edə bilirlər.

“Bu oyunlar uşaqlarda özünəinam və uğur hissi yarada bilər. Valideynlər onların oyunlardakı uğurlarını və sevincini dərhal tənqid etməməli, əksinə, bu hisslərin sağlam şəkildə formalaşmasına dəstək verməlidirlər”, – deyə Elnarə Baxışlı əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026