• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Freddi Varqas Bakıya gəldi

İDMAN

22 Iyul 2026 | 15:31

Freddi Varqas Bakıya gəldi

"Neftçi"nin "Makkabi"dən (Netanya) transferini rəsmiləşdirməyə yaxın olduğu venesuelalı yarımmüdafiəçi Freddi Varqas artıq Azərbaycandadır.

Bakıvaxtı.az Fanat.Az-a istinadən xəbər verir ki, ötən mövsüm icarə əsasında formasını geyindiyi "ağ-qaralar"ın heyətində parlaq çıxışla yadda qalan legioner bu gecə Bakıya gəlib.

27 yaşlı oyunçunun 2+1 illik müqaviləyə imza atacağı gözlənilir.

Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığması ilə matça çıxıb. Ölkəsinin "Deportivo Lara" klubunun yetirməsi olan Freddi daha öncə ABŞ-də də legioner həyatı yaşayıb. Geridə qalan mövsümdə "Neftçi"nin heyətində Misli Premyer Liqasında 31 matça çıxan orta xətt oyunçusu 5 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 900 min avro məbləğində dəyərləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026