• Bakı 28° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

 Elias "Mançester Siti"yə gedir

İDMAN

21 Avqust 2026 | 14:40

Elias "Mançester Siti"yə gedir

İngiltərənin "Mançester Siti" klubu Braziliyanın "Palmeyras" komandasının hücumçusu Allan Elias ilə müqavilə şərtlərini razılaşdırıb.

Bakıvaxtı.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər şifahi şəkildə anlaşma əldə ediblər.

Futbolçunun İngiltərə təmsilçisinin heyətinə qoşulmaq niyyətində olduğu və klublar arasında transferlə bağlı danışıqların davam etdiyi bildirilib.

Allan Elias 2025-ci ilin yanvarından "Palmeyras"ın əsas heyətində çıxış edir. O, bu müddətdə keçirdiyi 95 matçda 9 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub. Hücumçu ilə müqavilənin müddəti 2029-cu ilin sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026