• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Bu oyunlar uşaqda səbr və diqqəti formalaşdırır - Mütəxəssis

CƏMİYYƏT

22 Iyul 2026 | 15:43

Bu oyunlar uşaqda səbr və diqqəti formalaşdırır - Mütəxəssis

"Masaüstü oyunlar uşaqlarda səbr, diqqət və sosial bacarıqların formalaşmasına kömək etməklə yanaşı, onlara uğur və uğursuzluğu qəbul etməyi də öyrədir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, masaüstü oyunlar uşaqlarda düşünmək, səbir göstərmək və qaydalara əməl etmək bacarıqlarını inkişaf etdirir.

“Bu oyunlarda mütləq qalib və məğlub tərəf olur. Davamlı uduzmaq uşaqlarda emosional gərginlik yarada bilər. Lakin düzgün yanaşma ilə bu vəziyyət onların real həyatda uğur və uğursuzluqlara hazırlaşmasına kömək edir”, - deyə psixoloq bildirib.

Elnarə Baxışlı qeyd edib ki, valideynlər və böyüklər oyun zamanı uşaqları sərt tənqid etmək əvəzinə, onların səhvlərini sakit şəkildə izah etməlidirlər: 

“Uşaqla birlikdə hansı addımın səhv, hansının isə doğru olduğunu müzakirə etmək lazımdır. Bunu müsbət emosional mühitdə etdikdə uşaq həm qalib gəlməyi, həm də uduzmağı sağlam şəkildə qəbul etməyi öyrənir.

Psixoloqun sözlərinə görə, komanda şəklində oynanılan masaüstü oyunlar uşaqların sosiallaşmasına da mühüm töhfə verir.

“İki və ya daha çox nəfərlə oynanılan oyunlar uşaqlara əməkdaşlıq etməyi, komanda ruhunu, birlikdə qazanmağı və birlikdə uduzmağı öyrədir. Bu da onların sosial bacarıqlarının inkişafına müsbət təsir göstərir”, – deyə Elnarə Baxışlı əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR