• Bakı 29° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

İqor Dodon: Moldovada növbədənkənar parlament seçkiləri keçirilməlidir

DÜNYA

22 Iyul 2026 | 11:09

İqor Dodon: Moldovada növbədənkənar parlament seçkiləri keçirilməlidir

Hökumətin dəyişməsi ölkəni dərin böhrandan çıxarmağa yetərli deyil.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

Sosialistlər Partiyasının lideri Vasile Tofanın rəhbərliyi ilə təsdiqlənən yeni nazirlər kabinetini tənqid edərək vurğulayıb ki, nazirlərin dörddə üçünün öz postunda qalması reallığı dəyişmir.

Dodonun sözlərinə görə, mövcud hakimiyyətin sonu qaçılmazdır və yaranmış siyasi böhrandan yeganə çıxış yolu növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Xatırladaq ki, yeni hökumət sabiq baş nazir Aleksandr Muntyanunun korrupsiya qalmaqalı fonunda istefa verməsindən sonra formalaşdırılıb. Müxalifət isə kabinetin tərkibinə etiraz edərək məsləhətləşmələri boykot edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026