• Bakı 29° C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Xəzərdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi

HADİSƏ

22 Iyul 2026 | 08:21

Xəzərdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşların batma təhlükəsi ilə üzləşməsi barədə məlumatlar daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026