• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sertifikatsız həkim işlədirmişlər... - VİDEO

CƏMİYYƏT

22 Iyul 2026 | 08:36 | Müəllif: Qalib İbrahimoğlu

Sertifikatsız həkim işlədirmişlər... - VİDEO

Sumqayıtda sertifikatsız həkim işlədən klinika cərimələnib. Eyni zamanda həkim haqqında da tədbir görülüb.

Bakıvaxtı.az xəbər verir ki, söhbət şəhər ərazisində yerləşən "Cahangir-2020 Lor Center" Məhdud Məsuliyyətli Cəmiyyətdən gedir. 

Məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi MMC-də yoxlama aparıb. Özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

 "Cahangir-2020 Lor Center" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, özəl klinikanın bəlli sayda həkimi var. Nurlan Bəylərov 2021-ci ildə təhsilini bitirib və 2022-ci ildə diplom alıb. Həkimlər də məhz 5 ildən bir sertifkasiyaya cəlb olunmalıdır. Klinakada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə göndərilib. Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlan həkimə  hazırda ehtiyac yoxdur, o 2027-ci ildə sertifikasiyadan keçməlidir. Klinikadan əlavə edilib ki, sadəcə anlaşılmazlıq olub, amma adıçəkilən həkim də baş verənlərə görə işdən uzaqlaşdırılıb.

Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialını təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR