• Bakı 29° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

"Arzum" ev dustaqlığına buraxıldı - YENİLƏNİB

ŞOU

22 Iyul 2026 | 12:40

Arzum ev dustaqlığına buraxıldı - YENİLƏNİB

"Arzum" barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Qərara əsasən, Arzum məhkəmə zalından birbaşa azad edilib. O, bundan sonra barəsində müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində ev dustaqlığında olacaq.

İş üzrə məhkəmə araşdırması davam edir.

***

11:34

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.

Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.

Arzumun hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.

Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə Arzumun bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.

Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir.

Əldə etdiyimiz məlumata görə, zərərçəkmiş tərəf də son gündə hökmdən apellyasiya şikayəti verib. Amalın həyat yoldaşı Sənubər Muradova Arzumun cəzasının ağırlaşdırılmasını tələb edir.

Arzumun şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Birinci iclas saat 10:45-də başlamalıdır.

Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı Arzumla barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər. Arzumun məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək Arzumun hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026