• Bakı 24° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Məşhur aktrisa 94 yaşında vəfat etdi

ŞOU

18 Avqust 2026 | 19:36 | Müəllif: Gülşən Şərif

Məşhur aktrisa 94 yaşında vəfat etdi

Şotlandiyalı aktrisa Fillida Lou 94 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "The Guardian" nəşri sənətçinin meneceri Ceki Leqqoya istinadən xəbər verib.

"O, ailəsinin əhatəsində, evində dinc şəkildə vəfat etdi", - deyə Leqqo bildirib.

Lou kinoda debütünü 1964-cü ildə "Məktəb oynayırıq" ("Play School") filmində edib. Onun filmoqrafiyasında 100-dən çox layihə yer alır. 1998-ci ildə aktrisa "Qış qonağı" filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktrisası" kateqoriyasında "Chlotrudis Awards" mükafatına namizəd göstərilib. 2014-cü ildə isə o, Britaniya İmperiyasının fəxri ordeninə layiq görülüb.

1957-ci ildə Lou ingilis aktyoru Erik Tompsonla ailə qurub. 1982-ci ildə həyat yoldaşı vəfat edib. Bu nikahdan onların iki qızı dünyaya gəlib: "Oskar" mükafatçısı aktrisa Emma Tompson və aktrisa Sofi Tompson. Onların hər ikisi "Harri Potter" franşizasında rol alıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026