• Bakı 22° C

    5.14 m/s

8 il sonra yenidən “Leyli” olacaq

ŞOU

17 Sentyabr 2026 | 15:34 | Müəllif: Gülşən Şərif

8 il sonra yenidən “Leyli” olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən Leyli obrazında səhnəyə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçi “Qaynarinfo”ya açıqlamasında məlumat verib.

Gülüstan Əliyeva sonuncu dəfə 2018-ci ildə Leyli obrazında çıxış etdiyini bildirib:

“Çox böyük fasilə oldu. 8 ildir ki, bu obrazdan kənarda qalmışdım. Gözləmədiyim halda bu mövsüm yenidən “Leyli və Məcnun” tamaşasında oynayacağımla bağlı qərar verildi. Çox sevindim. Yenidən tamaşaçılar məni bu obrazda görəcəklər. Noyabr ayında sevdiyim obrazla tamaşaçıların qarşısında olacağam”.

Leyli obrazına necə qayıtdığı ilə bağlı sualı isə Gülüstan Əliyeva “teatrın direktoru tolerant insandır, dünyaya açıq bir sənətkardır. Səhnədə görünüşü, səsi olan sənətkarları diqqətdə saxlayır. Odur ki, Leyli” ilə yenidən opera səhnəsindəyəm”, - deyə cavab verib.

Əməkdar artist bu mövsüm üçün planlarından da danışıb:

“Oktyabrda “Vaqif” operasında oynayacağam. Bundan əlavə, solo konsert layihəm də var”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026