• Bakı 29° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Erməni zabit yanacaq mənimsəməkdə ittiham olunur

SİYASƏT

22 Iyul 2026 | 11:46

Erməni zabit yanacaq mənimsəməkdə ittiham olunur

Ermənistanda Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin yanacaq-sürtgü materialları anbarının rəisi vəzifəsində çalışmış şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək dizel yanacağını mənimsəyib.

    İstintaqın məlumatına görə, o, 2026-cı ildə hərbi hissənin sürücüsü ilə əlbir olaraq dizel yanacağını hərbi hissənin ərazisindən çıxarmaq və şəxsi məqsədlər üçün istifadə etmək barədə razılığa gəlib. Sürücü yanacağın hərbi hissədən çıxarılmasına kömək edib. Dizel yanacağı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin İcevan bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində aşkar edilib.

    Hərbi hissənin vəzifəli şəxsinə Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə, ona kömək edən şəxsə isə həmin cinayətdə iştirak maddəsi ilə ittiham irəli sürülüb. Hər iki şəxs təqsirini etiraf edərək ifadə verib.

    Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və ittiham aktı təsdiqlənməsi, daha sonra isə məhkəməyə göndərilməsi üçün nəzarətçi prokurora təqdim olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Iyul 2026