• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Elnarə Abdullayevadan ACI XƏBƏR

ŞOU

22 Iyul 2026 | 10:08 | Müəllif: Əli Hüseynov

Elnarə Abdullayevadan ACI XƏBƏR

Əməkdar artist Elnarə Abdullayevanın qardaşı dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb.

O, kədərini bu sözlərlə ifadə edib:

“Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.

Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, səni bir dəfə də olsun qucaqlaya, səsini eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik. Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin. Günahlarını bağışlasın, qəbrini nurla doldursun, məkanını cənnətin ən gözəl guşələrindən etsin. Rəbbim səni Öz mərhəməti ilə əhatə etsin”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026