• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

57 nəfər əvvəlki işinə bərpa edildi

CƏMİYYƏT

22 Iyul 2026 | 11:27 | Müəllif: Əli Hüseynov

57 nəfər əvvəlki işinə bərpa edildi

Azərbaycanda yanvar-iyun ayı ərzində 57 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Sözügedən dövr ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 422 818 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 92 faizi əməkhaqqı, 8 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026