• Bakı 29° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Ordu komandanının Milli Qəhrəmanla GƏNCLİK FOTOSU

SİYASƏT

22 Iyul 2026 | 11:58

Ordu komandanının Milli Qəhrəmanla GƏNCLİK FOTOSU

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Murad Mirzəyev ilə Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Kənan Seyidovun Xüsusi Təyinatlı Qüvvələrdə birlikdə xidmət etdikləri dövrə aid arxiv fotosu sosial şəbəkələrdə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, foto Azərbaycan Ordusunun xüsusi təyinatlılarının formalaşdığı, peşəkarlığın, intizamın və qardaşlığın ön planda olduğu illəri yenidən gündəmə gətirib. Eyni sırada dayanan iki peşəkar zabitin illər sonra birinin qəhrəmanlıq zirvəsinə  şəhidliklə ucalması, digərinin isə Azərbaycanın ən yüksək hərbi rütbələrindən birinə yüksələrək ordunun aparıcı simalarından birinə çevrilməsi bu kadrlara xüsusi mənəvi dəyər qazandırır.

Murad Mirzəyev uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, müxtəlif beynəlxalq hərbi hazırlıq kurslarını bitirib və 2016-cı ilin Aprel döyüşlərində rəhbərlik etdiyi qrupla Talış istiqamətində qəhrəmancasına vuruşaraq şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

General-leytenant Kənan Seyidov da uzun illər Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edib. O, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində mühüm əməliyyatlarda iştirak edib, Şuşa istiqamətində həyata keçirilən əməliyyatların rəhbərlərindən biri olub və "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.

Sözügedən fotonu təqdim edirik.

Nəzrin Mübariz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026