• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Gürcüstanın Azərbaycandan balıq idxalına çəkdiyi xərci 4 dəfə artıb

İQTİSADİYYAT

21 Iyul 2026 | 20:24

Gürcüstanın Azərbaycandan balıq idxalına çəkdiyi xərci 4 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 300 min ABŞ dolları dəyərində 78 ton balıq (dondurulmuş) idxal edib.

Bakıvaxtı.az xəbər verir ki, Report-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq 9 dəfə çoxdur.

Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 29 milyon ABŞ dolları dəyərində 8 min 661 ton balıq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 25 % çox və 2 % azdır.

Hesabat dövründə Gürcüstan Çilidən 6,2 milyon ABŞ dolları dəyərində 959 ton, İslandiyadan 3,2 milyon ABŞ dolları dəyərində 936 ton, Amerika Birləşmiş Ştatlarından 2,99 milyon ABŞ dolları dəyərində 1 min 89 ton, Norveçdən 2,35 milyon ABŞ dolları dəyərində 554 ton, Danimarkadan 1,43 milyon ABŞ dolları dəyərində 384 ton balıq alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR