• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

İllər boyu “pis qadın” adlandırdığı ögey anasına möhtac qaldı

CƏMİYYƏT

21 Iyul 2026 | 18:00

İllər boyu “pis qadın” adlandırdığı ögey anasına möhtac qaldı

Britaniya kral ailəsində uzun müddətdir davam edən soyuqluqdan sonra Şahzadə Harri ilə atası Kral III Çarlzın görüşünün detalları gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Harri həyat yoldaşı Meqan Markl və övladları - şahzadə Arçi və şahzadə Lilibetlə birlikdə illər sonra İngiltərəyə gedərək atası ilə görüşüb.

Xərçəng xəstəliyi ilə mübarizə aparan Kral Çarlz nəvələrini uzun müddətdən sonra ilk dəfə görüb. Gizli saxlanılan görüşün baş tutmasında isə Kraliça Kamillanın mühüm rol oynadığı iddia edilib.

Kral ailəsi üzrə yazıçı Ketrin Mayer bildirib ki, Kamilla Çarlzın həyatında vacib yer tutur və onun razılığı olmadan ata-oğul arasında barışığın mümkün olmayacağını qeyd edib. Elə buna görə də Kral xanımının sözünü yerə salmayıb və oğlu ilə görüşüb. 

Qeyd olunur ki, Harri illər ərzində ögey anası Kamillaya qarşı sərt mövqe sərgiləyib. O, 2023-cü ildə yayımlanan "Spare" adlı xatirə kitabında Kamillanı valideynləri - Kral Çarlz və şahzadə Diananın münasibətlərində "pis qadın" adlandırmışdı.

Harri anasının ölümündən sonra Çarlzın Kamilla ilə evlənməsini də ağır qəbul etdiyini yazıb. O, həmçinin özü və qardaşı şahzadə Uilyamın vaxtilə atalarını Kamilla ilə evlənməməyə inandırmağa çalışdıqlarını bildirib.

Buna baxmayaraq, son görüşün kral ailəsində münasibətlərin yenidən qurulması istiqamətində mühüm addım olduğu vurğulanıb.

Bütün bunlar kifayət deyilmiş kimi, kiçik şahzadə qardaşı Uilyamla birlikdə bu evliliyə razılıq vermələrinin yeganə səbəbinin ataları Çarlzı xoşbəxt görmək istəmələri olduğunu da iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR