• Bakı 27° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

CƏMİYYƏT

21 Iyul 2026 | 14:55

Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

Kəlbəcər rayonunda sursat partlayışı baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Məlumata görə, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində 21 iyul tarixində sursat partlayışı hadisəsi baş verib.
1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

"Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR