• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Almaniya və Böyük Britaniya hipersəs raket hazırlayacaq

DÜNYA

21 Iyul 2026 | 19:16

Almaniya və Böyük Britaniya hipersəs raket hazırlayacaq

London və Berlin Dərin Dəqiqlik Zərbəsi (DPS) proqramının bir hissəsi olaraq, 2034-cü ilə qədər 2000 km-dən çox məsafədəki hədəfləri dəqiq vura bilən qanadlı raket hazırlamağı planlaşdırır. 

Bakıvaxtı.az "Telegraph" qəzetinə istinadən xəbər verir ki, DPS layihəsinin təfərrüatları yüksək səviyyədə məxfi saxlanılır. Lakin onun Almaniyanın maliyyələşdirməsi və Britaniya təcrübəsinin kombinasiyasına əsaslanacağı gözlənilir. 

Məlumata görə, iki raket variantı nəzərdən keçirilir. Birincisi, son dərəcə aşağı hündürlükdə uçan raketdir, digəri isə səs sürətindən beş dəfə çox sürətə çata bilən hipersəs raket olacaq. 

Mütəxəssislər hesab edirlər ki, DPS layihəsi Avropanın hərbi sahədə ABŞ-dən asılılığının azalmasının simvolu ola bilər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR