• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Şimali Makedoniyada 3 mindən çox insan sudan zəhərlənib

DÜNYA

21 Iyul 2026 | 19:00

Şimali Makedoniyada 3 mindən çox insan sudan zəhərlənib

Şimali Makedoniyada ölkənin şimalındakı Qostivar şəhərciyində 3 mindən çox insan zəhərlənib, bunun səbəbinin əhaliyə verilən suyun bakterial çirklənməsi olduğu hesab edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Şimali Makedoniya Səhiyyə Nazirliyinin son məlumatlarına görə, problem aşkar edildiyi vaxtdan indiyədək Qostivarın su kəmərində suyun bakterial çirklənməsi səbəbindən 3 150 insanın səhhətinin pisləşməsi halı qeydə alınıb, 4 nəfərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

Qostivar Prokurorluğu su təchizatına cavabdeh olan "Komunalets" müəssisəsinin direktoru və daha iki texniki rəhbəri barəsində, onların səhlənkarlığı səbəbindən 22 gün ərzində su kəmərinə təhlükəli suyun daxil olması şübhəsi ilə iş açıb. Vəzifəli şəxslər həbs ediliblər.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR