• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Bitcoin" bahalaşdı

İQTİSADİYYAT

22 Iyul 2026 | 09:10 | Müəllif: Əli Hüseynov

“Bitcoin" bahalaşdı

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib.

Bakıvaxtı.az xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. CMC20 indeksi isə 1,01% bahalaşaraq 135,15 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan Bitcoin (BTC) son 24 saatda 1,34% dəyər qazanaraq 66 318,45 ABŞ dollarına çatıb. Qızılla təmin olunan Tether Gold (XAUt) 1,85% artaraq 4 116,40 ABŞ dollarına, PAX Gold (PAXG) isə 1,87% bahalaşaraq 4 113,85 ABŞ dollarına yüksəlib.

Bununla yanaşı, Ethereum (ETH) 0,65% artımla 1 935,50 ABŞ dollarına yüksəlib. BNB isə 0,34% ucuzlaşaraq 571,64 ABŞ dollarına enib.
İlk onluqda ən yüksək sutkalıq artım Bittensor (TAO) (+2,74%) və Monero (XMR) (+2,47%) tərəfindən qeydə alınıb. Ən böyük eniş isə Zcash (ZEC)-də müşahidə olunub – aktiv son 24 saatda 4,44% dəyər itirib.

Bazar iştirakçıları arasında risk iştahının nisbətən artması və ABŞ Federal Ehtiyat Sisteminin yaxın aylarda faiz dərəcələrini aşağı sala biləcəyi ilə bağlı gözləntilər kriptovalyuta bazarında alışları dəstəkləyib. Eyni zamanda, qızılın beynəlxalq bazarlarda yüksək qiymətini qoruması qızılla təmin olunan Tether Gold və PAX Gold tokenlərinin də bahalaşmasına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR