Aktyor Nicat Rəhimov maraqlı açıqlamaları ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi öz verilişində obraz naminə qadın geyimində görünməsinə münasibət bildirib.
"Bizə yaraşır, geyinirik. Başımıza çox şey gəlir. Aktyoramsa, geyinmişəm, geyinirəm, geyinəcəyəm də. Obraz tələb edirsə, niyə də yox?" deyə, Nicat bildirib.
Veriliş zamanı ona ünvanlanan "Qadın olsaydınız, ilk nə edərdiniz" sualını isə aktyor "İki uşaq dünyaya gətirərdim. Amma uşağa baxmaq çox çətindir. Evdə bunu görürəm" cavabını verib.
Qeyd edək ki, Nicat Ülviyyə adlı xanımla ailəlidir və Mehriban adlı bir qız övladı var.
Bakı 



