• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bakıda oteldən oğurluq edən tutuldu

HADİSƏ

21 Iyul 2026 | 22:51 | Müəllif: Subhan Mahmudov

Bakıda oteldən oğurluq edən tutuldu

Səbail və Binəqədi rayonlarında oğurluq edənlər tutulub 

Bakıvaxtı.az xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən otellərin birindən kondisioner, 2 ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D.Göycəyev müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus "Chevrolet" markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S.Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026