• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

CƏMİYYƏT

21 Iyul 2026 | 19:23

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən Musa Əliyev küçəsinin bir hissəsində (Qara Qarayev prospektindən 8-ci kilometr bazarınadək olan hissədə) iyulun 22-dən etibarən təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, təmir müddətində işlərin gedişinə uyğun olaraq, nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi xahiş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR