• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

General uzun zaman sonra kamera önündə - FOTO

SİYASƏT

22 Iyul 2026 | 09:32 | Müəllif: Əli Hüseynov

General uzun zaman sonra kamera önündə - FOTO

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Babək Ələkbərov uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxaraq Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi təyinatlılarının iştirak etdiyi mərasimdə görüntülənib.

Bakıvaxtı.az xəbər verir ki, DSX-nin "N" saylı hərbi hissəsində növbəti "Çevikçi" kursunu uğurla başa vuran hərbi qulluqçulara beretlərin təqdim olunması mərasimi keçirilib.

Tədbirdə DSX-nin rəhbərliyi ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Babək Ələkbərov da iştirak edib.

Diqqət çəkən məqamlardan biri də Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovun uzun fasilədən sonra yenidən kameralar önünə çıxması olub.

O, mərasim zamanı çəkilən kadrlarda digər DSX zabitləri ilə birlikdə görüntülənib.

Onun görüntülərini təqdim edirik.

Murad İsmayıl


General uzun zaman sonra kamera önündə - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026