• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

“Ev heyvanı uşağa məsuliyyət və empatiyanı öyrədir” – Psixoloq

CƏMİYYƏT

22 Iyul 2026 | 15:25

“Ev heyvanı uşağa məsuliyyət və empatiyanı öyrədir” – Psixoloq

"Ev heyvanları ilə ünsiyyət uşaqların emosional inkişafına müsbət təsir göstərsə də, bu münasibətin düzgün qaydalar əsasında qurulması vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, ev heyvanına qulluq uşaqlarda qayğıkeşlik, empatiya və məsuliyyət hissinin formalaşmasına kömək edir.

“Heyvanların baxıma ehtiyacı olduğu üçün uşaq onların ehtiyaclarını anlamağı, qayğı göstərməyi və məsuliyyət daşımağı öyrənir. Bu proses həm də uşaqlarda nizam-intizam və gigiyena qaydalarına əməl etmək vərdişlərini inkişaf etdirir”, – deyə psixoloq bildirib.

Elnarə Baxışlı qeyd edib ki, uşaqlara heyvanlarla düzgün davranış qaydaları da öyrədilməlidir.

“Uşaq bilməlidir ki, heyvan nə vaxt narahat edilməməlidir, hansı hallarda aqressiv ola bilər. Yemək yeyən, yatan və ya xəstə olan heyvanı narahat etmək düzgün deyil. Həmçinin heyvanla təmasdan sonra əllərin yuyulması kimi gigiyenik qaydalara da mütləq əməl olunmalıdır”, – deyə o vurğulayıb.

Psixoloq əlavə edib ki, ev heyvanları sağlam şəraitdə saxlanıldıqda və bütün qaydalara əməl edildikdə uşaqlar üçün təhlükə yaratmır, əksinə onların sosial və emosional inkişafına müsbət töhfə verir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026