• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Uşaq başqaları ilə oynamırsa... – Psixoloqdan XƏBƏRDARLIQ

CƏMİYYƏT

22 Iyul 2026 | 15:22

Uşaq başqaları ilə oynamırsa... – Psixoloqdan XƏBƏRDARLIQ

"Uşağın tək oynamağa üstünlük verməsi hər zaman psixoloji problemdən xəbər vermir. Bu davranışın səbəbi və davamlılığı diqqətlə qiymətləndirilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bəzi uşaqlar xarakter xüsusiyyətlərinə görə tək oynamağa üstünlük verə, bəziləri isə bu yolla emosional gərginliklərini azaltmağa çalışa bilərlər.

Psixoloq bildirib ki, uşağın tək oynamaq hüququ var. Bu, onun şəxsiyyətinin formalaşması və fantaziyasının inkişafı üçün vacibdir. Bəzən uşaq bu yolla öz təşvişini və emosional gərginliyini də aradan qaldırmağa çalışır.

Elnarə Baxışlı qeyd edib ki, bəzi hallarda bu davranış diqqətlə izlənilməlidir. Dediyinə görə, əgər uşaq davamlı şəkildə yalnız tək oynayırsa, oyuncaqlardan təyinatı üzrə istifadə etmirsə, digər uşaqların oyununa qoşulmaq istəmirsə və ya kiminsə onun oyununa müdaxiləsinə qəti şəkildə imkan vermirsə, bu zaman vəziyyət daha ətraflı qiymətləndirilməlidir.

Psixoloq əlavə edib ki, uşağın oyuncaqlarını başqaları ilə bölüşmək istəməməsi də bəzən xarakter xüsusiyyəti və ya ailədə qazandığı vərdişlərlə bağlı ola bilər.

“Əsas məsələ bu davranışın uşağın psixososial və intellektual inkişafına mane olub-olmamasıdır. Əgər bu davranışlar uşağın inkişafına mənfi təsir göstərirsə, valideynlər mütləq mütəxəssisə müraciət etməlidirlər”, – deyə Elnarə Baxışlı bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026