ABŞ administrasiyası ABŞ Konqresi tərəfindən təsdiqlənmiş Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım köçürməkdən imtina edib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Qərargah Rəislərinin sədri general Den Keyn açıqlama verib.
Onun sözlərinə görə, qeyd olunan vəsaitlərin növbəti Amerika prezidenti vəzifəyə başlayana qədər köçürülüb-köçürülməyəcəyi sual altındadır:
"Mən bundan xəbərsizəm. Ödəniş planı bizə bu vəsaitləri 2029 maliyyə ilində xərcləməyə hazır olacağımızı göstərir. Bu qərarı növbəti ABŞ prezidenti, kim olursa olsun, verəcək".
Gülşən Şərif
Bakı 



