• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib

MEDİA

22 Iyul 2026 | 16:04

Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib

Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Ziyarət zamanı Ulu Öndərin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Eyni zamanda, Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.

Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR