• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xalq artistindən kişi kimi rəqs edən qadınlara İRAD

ŞOU

22 Iyul 2026 | 15:08 | Müəllif: Əli Hüseynov

Xalq artistindən kişi kimi rəqs edən qadınlara İRAD

Xalq artisti, rəqqasə Cəmilə Bayramova xanımların kişi kimi rəqs etməsindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı fikirlərini Moderator.az-a açıqlamasında səsləndirib.

"Vallah bilmirəm, bunu müasirlik kimi qələmə verirlər, yoxsa bildirmək istəyirlər ki, onlar da kişilər kimi mərddirlər?! Yoxsa elə bu səbəbdən kişilərdən geri qalmaq istəmirlər. Çünki kişi hərəkətləri kifayət qədər sərt və çətindir. Qadınlar da demək istəyir ki, onların da ayaqları çox gözəl işləyir, kişi kimi oynaya bilirlər. Bizim qadınlarımız çox zəhmətkeşdirlər. Əksəriyyəti fiziki iş görür, kişilər kimi bir yerdə durmur. "Yallı" rəqsində ola bilər ki, qadınlar ayaqlarını kişi kimi atsınlar. Toyda oynayırlarsa, özləri bilərlər. Bu hər kəsin öz şəxsi işidir. Amma səhnədə xanımlar elə xanım kimi rəqs etsələr, yaxşıdır", - deyə C.Bayramova bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026