Konqo Demokratik Respublikasında ölənlərin sayı 999-a çatıb, Uqandada isə daha iki nəfər ölüb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.
Məlumata görə, Konqoda ümumilikdə 2473, Uqandada isə 20 Ebola infeksiyası təsdiqlənib. Konqo Demokratik Respublikasında daha 322 yoluxma halının Ebola virusu olduğu şübhə altındadır.
Hər iki ölkədə 501 nəfər sağalıb. Ölüm nisbəti 40%-dir.
Gülşən Şərif
Bakı 



