• Bakı 26° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü

CƏMİYYƏT

23 Iyul 2026 | 00:16

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026