• Bakı 26° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Güclü fırtına İstanbulda ciddi problemlər yaratdı

DÜNYA

23 Iyul 2026 | 01:00

Güclü fırtına İstanbulda ciddi problemlər yaratdı

Günün ikinci yarısında İstanbulda baş verən güclü fırtına şəhərin yerli hava limanlarının fəaliyyətini müvəqqəti olaraq pozub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TGRT məlumat yayıb.

Qeyd olunub ki, meqapolisin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına və Asiya hissəsindəki Sabiha Gökçen Hava Limanına yaxınlaşan bir neçə təyyarə eniş icazəsi alana qədər gözləmə zonalarında dövrə vurmağa məcbur olub.

Əlverişsiz hava şəraiti İstanbulun bir sıra rayonlarında, əsasən də Avropa hissəsində su basmalarına səbəb olub. Güclü külək ağacları kökündən çıxarıb, yaşayış binalarının damlarını qoparıb. Aşan ağaclar şəhərin bir çox rayonlarında park edilmiş avtomobillərə ziyan vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026