• Bakı 16° C

    2.76 m/s

Uhan şəhərində gəmidə partlayış baş verdi

DÜNYA

22 Iyul 2026 | 22:47 | Müəllif: Subhan Mahmudov

Uhan şəhərində gəmidə partlayış baş verdi

Çinin Uhan şəhərində konteyner gəmisində baş verən partlayış nəticəsində bir heyət üzvü itkin düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyinin məlumatında deyilir.

Hadisə 22 iyul səhəri gəmi şəhər limanında lövbər salarkən baş verib. Konteyner gəmisində partlayış, ardınca yanğın baş verib.

İlkin məlumatlara görə, partlayış nəticəsində yeddi boş konteyner suya düşüb.

Partlayışdan sonra liman idarəetmə mərkəzi əməliyyatların dayandırılmasını və gəminin heyətinin təhlükəsiz yerə təxliyə edilməsini əmr edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026