Omanın xarici işlər naziri Bədr əl-Busaidi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı regional məsələləri və Hörmüz boğazında təhlükəsizliyin vəziyyətini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, "Oman" Xəbər Agentliyinin yaydığı açıqlamada deyilir: "Tərəflər regionda dənizçilik azadlığının bərpasına və qorunmasına, eləcə də təhlükəsizliyin və sabitliyin təmin edilməsinə kömək edəcək praktiki razılaşmaların əldə edilməsi üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar".
Diplomatlar həmçinin Yaxın Şərqdə baş verən son hadisələr fonunda siyasi dialoqun və danışıqlar prosesinin bərpası üçün əlverişli şəraitin yaradılması yollarını müzakirə ediblər.




