• Bakı 28° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

İstanbul sahilində daha bir PUA tapıldı 

DÜNYA

21 Avqust 2026 | 14:44

İstanbul sahilində daha bir PUA tapıldı

İstanbulun Arnavutköy rayonunun Karaburun sahilində partlayıcı maddə daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, səhər saatlarında sahildə balıq tutan vətəndaşlar tanımadıqları bir cisim görərək xilasedicilərə məlumat veriblər. Xilasedicilər cismin PUA olduğunu ehtimal edərək Sahil Mühafizəsinə xəbər veriblər.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri PUA-nı araşdırıb. İlkin qiymətləndirməyə əsasən, aparatın partlayıcı maddə daşıya biləcəyi ehtimalı nəzərdən keçirilib. Bununla əlaqədar əraziyə SAS komandoları göndərilib. 

İlkin araşdırmadan sonra təhlükəsizlik tədbirləri çərçivəsində PUA-nın aşkarlandığı ərazidə zərərsizləşdiriləcəyi bildirilib. Onun mənşəyi və bölgəyə necə gəlib çatdığı ilə bağlı yekun məlumatın texniki araşdırmadan sonra dəqiqləşdiriləcəyi gözlənilir. 

Qeyd edək ki, son günlər Türkiyənin Qara dəniz sahillərində PUA olduğu ehtimal edilən bir neçə şübhəli obyekt aşkarlanıb. Avqustun 15-də də İstanbulun Arnavutköy rayonunun Yeniköy sahilində PUA olduğu ehtimal edilən cisim tapılmış və texniki araşdırma üçün ərazidən götürülmüşdü. 

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026