• Bakı 27° C

    7.92 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

CƏMİYYƏT

21 Avqust 2026 | 16:21

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

Dəmiryol keçidlərində təhlükəsiz hərəkətin təmin olunması əsas məqsədlərdən biridir.
 
Bu barədə Bakıvaxtı.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.
 
Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücülər və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.
 
“Bu kimi hadisələrin qarşısının alınması məqsədilə tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb. Bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırırıq”, - məlumatda qeyd edilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR